Haqqımızda

Haqqımızda

Brandcredit BOKT MMC - 2011-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən etibarlı və peşəkar kredit təşkilatı. Biz müştərilərimizə ən yaxşı maliyyə həllərini təklif edirik.

Tarixçəmiz

Müşahidə Şurası

Rüstəmov Zöhrab Sahib oğlu

Sədr

Hüseynov Əli Abdulhüseyn oğlu

Üzv

Axundov Rauf Arif oğlu

Üzv

İdarə Heyəti

Qasımov Firudin Nüsrət oğlu

Sədr

Şamilova Nigar Məhəmməd qızı

Üzv

Şirkət Haqqında

Missiyamız, dəyərlərimiz və strateji baxışımız - bizim uğurumuzun əsasını təşkil edir.

Strateji Baxış

Strateji hədəflərimiz:

  • Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi
  • Daha optimal xidmət üçün filial şəbəkəsinin artırılması
  • Effektiv beynəlxalq əlaqələrin yaradılması
  • İşçilərin faydalı iş əmsalının yüksəldilməsi
  • Yerli bazarda fəaliyyətin təkmilləşdirilməsi
  • Bazar payının artırılması üçün düzgün müştəri seqmentləşməsi və məhsul seçimi

Missiya

Bizim əsas məqsədimiz qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, Azərbaycanda kredit əldə edilməsi ilə bağlı yaranmış problem, çətinliklərin aradan qaldırılmasında və kreditin əldə edilməsindən öncə kreditin planlaşdırılmasında müştəri kütləsini istiqamətləndirməkdir.

Tarixçə

Brand Credit Tarixçəsi

Brand Credit vebsaytına xoş gəlmisiniz! Bizim saytımıza daxil olduğunuz üçün məmnunluq hissi ilə maliyyə ehtiyaclarınızı və tələblərinizi qarşılayacaq məhsul və xidmətlərimizi Sizə təqdim etmək istərdik.

Brand Credit Azərbaycan bazarında 2011-ci ildən fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 000 manat Nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır. Təşkilatın Nizamnamə kapitalı 3 fiziki şəxs tərəfindən təsis edilmişdir.

2011

Fəaliyyətə Başlanılması

Brand Credit Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 21.11.2011-ci il tarixli BKT -9 saylı Lisenziyasına əsasən 900 000 manat Nizamnamə kapitalı ilə fəaliyyətə başlamışdır.

2013

İstiqraz Emissiyası və AMFA Üzvlüyü

31.01.2013-cü il tarixində hüquqi və fiziki şəxslərdən vəsaitlərin cəlb edilməsi məqsədi ilə təşkilatın ilk istiqraz emissiyası dövlət qeydiyyatına alınmışdır. 19.02.2013 tarixində təşkilat "AMFA" ya üzv olmuşdur.

Bugün

Mövcud Vəziyyət

Hal-hazırda təşkilatın paytaxt və regionda olmaqla iki filialı fəaliyyət göstərməkdədir. 13 ildən çox təcrübə, 50.000-dən çox məmnun müştəri.

Dəyərlərimiz

Uğurumuz şirkətimizdə fəaliyyət göstərən işçilərin peşəkarlığı ilə yanaşı, təşkilat daxili mədəniyyətimiz və dəyərlərimizdən asılıdır. Brand Kreditin fəaliyyətinin təməl prinsipləri 6 dəyər əsasında formalaşır.

İşçilərimizin bilik və bacarıqları

Ən istedadlı işçiləri cəlb edirik və onların daim inkişaf etməsinə şərait yaradırıq.

Müştərilərə verdiyimiz dəyər

Müştərilərimizin maraqları şirkətimizin maraqlarından öndə gəlir.

Komanda ruhu

İşçilərimiz vahid komanda şəklində çalışır.

Dürüstlük

Yalnız yerinə yetirə biləcəyimiz vədləri veririk.

Konfidensiallıq

Müştərilərimiz barədə məlumat mübadiləsinin konfidensiallığı əsas prinsiplərimizdəndir.

Səmərəlilik

Az resurslarla yüksək nəticələrin əldə edilə biləcəyinə inanırıq.