Missiyamız, dəyərlərimiz və strateji baxışımız fəaliyyətimizin əsasını təşkil edir və davamlı inkişafımıza istiqamət verir.
Əsas məqsədimiz qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq, Azərbaycanda kredit əldə edilməsi ilə bağlı yaranan problem və çətinliklərin aradan qaldırılmasına töhfə vermək, həmçinin kredit əldə etməzdən əvvəl düzgün planlaşdırma prosesində müştəriləri peşəkar şəkildə istiqamətləndirməkdir.
Uğurumuz yalnız əməkdaşlarımızın peşəkarlığı ilə deyil, eyni zamanda təşkilat daxilində formalaşmış korporativ mədəniyyət və dəyərlərlə birbaşa bağlıdır. Brand Kreditin fəaliyyətinin əsasını 6 fundamental dəyər təşkil edir.
Müştərilərimizlə uzunmüddətli və şəffaf münasibətlər qurmaq əsas prioritetimizdir.
Hər bir xidmətimizi ən yüksək keyfiyyət standartlarına uyğun həyata keçiririk.
Müştərilərimizin vaxtına hörmət edərək ən sürətli həlləri təqdim edirik.
Beynəlxalq təcrübəni yerli bazara uyğunlaşdıraraq daim inkişaf edirik.
Hər bir öhdəliyimizi vaxtında və tam şəkildə yerinə yetiririk.
Güclü komanda mədəniyyəti ilə ortaq məqsədə doğru birlikdə irəliləyirik.